“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
“Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir”, - məlumatda deyilir.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Qeyd edək ki, ötən gün artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin həyata keçirdiyi barədə məlumat yayılıb. Eyni zamanda, məscidlərdə və digər ibadət ocaqlarında çalışan işçilərin maaşlarının ödənmədiyi bildirilib.
- Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
- Xocalı Soyqırımı Memorialının görüntüləri - Video
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...