Bu müddət ərzində dinmədim, səbir etdim. Düşündüm ki, yoldaşının (Əvəz Zeynallının xanımı, jurnalist Məlahət Zeynallı – red.) nə yazmasından, danışmasından asılı olmayaraq, gözləyim, görüm Əvəz Zeynallı nə deyir.
BUTA.TV xəbər verir ki, bu sözləri vəkil Elçin Sadıqov “Xural” qəzetinin sahibi Əvəz Zeynallının ötən gün məhkəmədə onun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq qeyd edib.
O bildirib ki, bütün görüşlərində Ə.Zeynallının həbsinin siyasi olduğunu bildirib:
“Amma Ə.Zeynallı məni özü ilə birlikdə (ittiham olunan – red.) görmək istədiyini deyib. Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükür etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. R.Məmmədovun ailəsinə dedim ki, bu, yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə qarşı edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.
Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə, öz pulumla Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi ikimizi də tutdular. Halbuki CM-nin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər.
Əvəzə qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var. Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır”.
Qeyd edək ki, ötən gün baş tutan məhkəmə iclasında Əvəz Zeynallı vəkil Elçin Sadıqova qarşı ittihamlar səsləndirmişdi.
- Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
- Xocalı Soyqırımı Memorialının görüntüləri - Video
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...