Azərbaycanda yaşayan vətəndaşlarımız aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarımızda səs verə bilərlər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq.
Qarabağda çalışan Türkiyə vətəndaşları yaxınlarının yanına gedə və orada səs verə bilərlər. Bu zaman onlar çağrı mərkəzləri vasitəsilə harada qeydiyyatda olduqlarını dəqiqləşdirməlidirlər. Onlar Azərbaycanda qeydiyyatda olduqları təqdirdə, bu, mümkün olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Səfir Azərbaycanda təhsil alan türk tələbələrin də seçkilərdə iştirakına toxunub. Bildirib ki, Qarabağ iqtisadi rayonunda çalışan mühəndislər, fəhlələrlə yanaşı, burada təhsil alan tələbələr də seçkilərdə iştirak edə bilərlər.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
"2022-2023 təhsil ilində Bakıda 1588, Naxçıvanda 1287, Gəncədə isə 371 türk tələbənin təhsil aldığı məlumdur. Seçkilərdə iştirak üçün müraciətlər martın 20-dən aprelin 2-dək qəbul edilir", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq