Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində Musavat lideri İsa Qəmbərin şikayəti üzrə proses keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında İsa Qəmbərin vəkili Nemət Kərimli Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilməsi qərarı ilə bağlı şikayətdən danışarkən deyib.
Vəkil İsa Qəmbərin əmək pensiyası ilə bağlı hüquqlarının pozulduğunu bildirib:
"Sabiq Ali Sovetin sədrinə 180 manat pensiya veriblər. Biz İsa bəyin əmək pensiyası ilə bağlı hüquqlarını sona kimi müdafiə edəcəyik”.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Qeyd edək ki, mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib. İsa Qəmbər pensiya yaşına - 65 yaşa 2022-ci il fevralın 24-də çatıb. 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bəzi nazirlik və komitələr ləğv olunacaq