İsrailin güclü dövlət olmağı dünyada və İranda qəbul edilən faktdır. Rejimin apardığı antiisrail təbliğatı ölkədə əks nəticə verib. Əgər İsrailin yeri dünyada 7-ci yerdədirsə, İran 15-də olar. Bu, dövlət tərəfindən aparılan təbliğatın nəticəsidir.
Bu sözləri BUTA.TV-a güneyli jurnalist və siyasi şərhçi Əlirza Ərdəbilli deyib.
O, İsrailin güclü dövlət imicinin İran hərbi qüvvələri üzərindəki psixoloji təsirindən danışıb:
“İranın orta təbəqəsində İsrailə etimad, gənc əsgərlərdə isə qorxu var. Çünki rejim İsraili güclü dövlət kimi təbliğ edir. Bu da döyüşçülərdə ruh düşkünlüyü və qorxu yaradır. İranın ən böyük zindanlarında İsrailə çalışan xeyli sayda cəsus var. Bunu həbsxanadan çıxan siyasi məhbuslarımız da təsdiq edir ki, həbsxanalar xarici ölkə kəşfiyyatlarına işləyən insanlarla doludur. Çoxu heç bilmir İsrailə nə üçün işləyir. Sadəcə, İsraili super güc kimi qəbul edir”.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Siyasi şərhçi mövcud rejimin devriləcəyi halda İsrail ilə isti münasibətlərin qurulacağını istisna etməyib:
“İran toplumunda belə bir anlayış var: rejim nəyi müsbət qarşılasa, deməli, o pisdir. Yaxud da əksinə. İran islam dövlətinin bünövrəsini antiisrail, antbəhai və antiqadın fikirlər təşkil edir. Rejimin qarşı olduğu bu üç məsələyə xalqın rəğbəti var. İranda rejim gedən kimi, ən yaxın münasibət elə İsraillə qurulacaq”.
Qeyd edək ki, SEPAH generallarının məxfi toplantısı ilə bağlı hakerlərin ələ keçirdiyi materialda general Rəhim Ağdam Qolan yaxınlığındakı İran qüvvələrinin İsrailin sərhəd bölgələrində bir çox problemlərlə üzləşdiyini etiraf edib. O, İran qüvvələrinin İsrail sərhədlərində qalmaq istəmədiyini, orduda ruh düşkünlüyü və ciddi yorğunluq yarandığını, maddi maraq qarşılığında məlumatların satıldığını bildirib.
- Soyqırım qurbanlarının ailə üzvləri ilə görüş keçirildi
- İqtisadi Şuranın iclası keçirildi
- FHN-də Xocalı faciəsinin qurbanları anıldı - Foto
- Azərbaycan dövləti o qədər güclüdür ki... - Əliyev
- Bakı aeroportunda taksi üçün ödəmə köşkləri quraşdırıldı
- DTX əməkdaşları "Ana harayı" abidəsini ziyarət etdilər - Video
- FHN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət etdi
- Natiq Qasımovun bacısından Prezidentə: “Milli Qəhrəman” adı...