Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, son 30 ildə ölkələr arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib:
“Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir”.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
C.Bayramov eyni zamanda qeyd edib ki, ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icması mühüm rola malikdir:
“Bundan başqa, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir”.
Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi açılacaq. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, bir sıra azərbaycanlı deputatlar, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iştirak edəcəklər.
- Dövlət Komitəsində soyqırımın ildönümü ilə bağlı tədbir keçirildi
- Azərbaycan xalqının əyilməz ruhunu görürük - Prezident
- Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı...
- Soyqırım qurbanlarının ailə üzvləri ilə görüş keçirildi
- İqtisadi Şuranın iclası keçirildi
- FHN-də Xocalı faciəsinin qurbanları anıldı - Foto
- Azərbaycan dövləti o qədər güclüdür ki... - Əliyev
- Bakı aeroportunda taksi üçün ödəmə köşkləri quraşdırıldı