Bu gün Qusar rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Şahdağ” QTM qaz kəmərində planlı təmir işləri ilə əlaqədar aprelin 26-da saat 10:00-dan 17:00-dək "Qusar 2-ci xətt" və "Şahdağ TK(QPS)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Qusar şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur