"Haber Qlobal" və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib.
BUTA.TV xəbər verir ki, ortaq yayım Bakı vaxtı ilə 21:30-da başlayıb və eyni vaxtda canlı yayımlanıb.
Yayıma hər iki tərəfdən qatılan siyasi ekspertlər iki ölkə arasında mövcud olan münasibətlərin geniş spektri barədə söz açıblar.
Qeyd edilib ki, Heydər Əliyevin “bir millət iki dövlət" kəlamı ilə sağlam təməllər üzərində qurulan Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri bu gün Prezident İlham Əliyev və qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilir.
Bununla yanaşı, dünyada, eləcə də regionda baş verən hadisələr fonunda Azərbaycan və Türkiyənin tutduğu mövqe vurğulanıb.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur