“Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir və indi daha üç il ərzində azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Formula 1”lə müqavilə müddətinin uzadılması ilə bağlı fikirlərini bildirərkən deyib.
Nazir qeyd edib ki, bu təşkilatla davamlı tərəfdaşlığı təsdiqləməkdən məmnunuqlu hissi keçirir: “2016-cı ildən - bu tədbirə ev sahibliyi etdiyimiz vaxtdan idmanın ölkəmizə və şəhərimizə diqqətçəkən iqtisadi, sosial və mədəni təsiri olub”.
“Bakıdakı son altı yarış bu idman növünün uzun tarixində ən yaxşı və ən dramatik mübarizələrdən olub və biz bu həftəsonundan başlayaraq növbəti üç il ərzində evdə və xaricdə F1 azarkeşləri üçün daha sehrli anlar yaşatmağı səbirsizliklə gözləyirik. Üstəlik, bugünkü razılaşma 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etməyimizi görən bir həftə sonu gəldi. Bu da bu anı daha da xüsusi edir”, - nazir əlavə edib.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur