Qax rayonunun Cəlayir kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, gecə saatlarında sahiblərinin evdə olmadığını fürsət bilən naməlum şəxslər oradan geyimlər və digər əşyalar oğurlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri - Rəvan Əşrəlizadə və onunla əlbir olan yeniyetmə saxlanılıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər. Davam etdirilən tədbirlərlə onların oğurladıqları əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur