Yazıçı-filosof Əlisa Nicata bir illik təqaüd veriləcək.
Bu barədə Kult.az-a yazıçının özü hazırkı dolanışığı ilə bağlı deyib.
O bildirib ki, yaşadığı maddi çətinliklərin gündəmə gəldiyi vaxt bir xeyli dəstək alıb:
“Evimdə istilik sistemi yox idi, çox sağ olsunlar, çəkdirdilər. Bir neçə min pul yığılmışdı - qonşulara, mağazalara, dövlətə olan borclarımı ödədim, qalanı da günlük ehtiyaclara sərf olundu. Kömək edənlər sağ olsun. Yazıçılar Birliyindən təqaüd söz veriblər. May ayından gələn ilin mayına qədər bir illik üç yüz manat aylıq təqaüd veriləcəyini bildiriblər, sonrası da Allah kərimdir”.
Qeyd edək ki, Əlisa Nicatın çətin vəziyyətdə yaşadığı barədə məlumatı ötən ilin dekabrında “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu ictimailəşdirmişdi.
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı