Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir və onlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından deputat olan Sərkis Handanyan ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən görüşlər haqda deyib.
Onun sözlərinə görə, Ermənistanın vəzifəsi Azərbaycanla münasibətləri tənzimləmək və regionda hərtərəfli sülhə, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır:
“Hüquqi formullar var ki, onlara aydınlıq gətirilməlidir. Sənəd siyasi müzakirələrin nəticəsidir, lakin sonda imzalanma mərhələsinə gəldiyi təqdirdə beynəlxalq hüquq sahəsində ekspertlər də mətn üzərində işləməlidir. Sülh sazişinin etibarlı olması üçün bunu təmin edən mexanizmlər lazımdır. Bu mexanizmlər beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə razılaşdırılmalıdır”.
Qeyd edək ki, bundan öncə ABŞ-da nazirlərin münasibətlərin normallaşması üçün “yol xəritəsi” üzərində işlədikləri bildirilmişdi.
Nazirlərin görüşü 1 mayda başlayıb və həftə boyu davam edəcək.
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı