Qarabağda bir qrup erməni Laçın-Xankəndi yolunda aksiya keçirir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, ermənilər Laçında sərhəd-keçid məntəqəsinin qurulmasına etiraz edir.
Bildirirlər ki, yol açılmayana qədər oturaq aksiya keçirəcəklər.
Bu “aksiyanın” separatçı rejim tərəfindən təşkil edildiyi bəllidir. Bununla erməni əhalisinin “etiraz” etdiyini və Azərbaycana reinteqrasiyanın əleyhinə olduqlarını göstərmək niyyətindədirlər.
Maraqlı məqam bir qrup erməninin kimin yolunu bağlamasıdır. Azərbaycan postu Laçın yolunun Ermənistanla sərhədin başlanğıc hissəsində qurub. Laçın-Xankəndi yolundan da yalnız ermənilər istifadə edir. Belə görünür ki, ermənilər əslində öz yollarını bağlayıblar.
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı