İranlı müəllimlər mayın 9-u səhər saat 10:00-12:00 arası ölkənin bütün bölgələrində ümumi etiraz nümayişləri keçirəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Kordinasiya Şurası məlumat yayıb.
Nümayişlər müəllimlərin həbs edilməsi, əmək haqlarının az olması və qanunla nəzərdə tutulmuş hüquqlarının tapdalanmasına etiraz olaraq keçiriləcək.
Qeyd edək ki, 1 may İranda hökumət tərəfindən Müəllim Günü kimi elan edilsə də, müəllimlər və təhsil işçiləri 9 mayı - güneyli pedaqoq Cabbar Əsgərzadə Bağçabanın doğum gününü "Müəllim günü" kimi qeyd edir.
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı