Rusiyanın Baxmutdakı hücumu dayanıb, Ukrayna Silahlı Qüvvələri isə əks-hücumlar həyata keçirir.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
"Baxmutda toqquşmalar nəticəsində heç bir ciddi dəyişiklik olmayıb. Xüsusən hündürmərtəbəli binalarda mövqe tutan Ukrayna hərbçiləri də əks-hücumlarla əvvəllər tərk edilmiş yerlərə nəzarəti bərpa etməyə çalışır. Və deyə bilərəm ki, cəhdlər uğursuz deyil", - ekspert bildirib.
Kovalenko qeyd edib ki, şəhərdə toqquşma xətti fərdi mövqelərin dəfələrlə əl dəyişdirdiyi “cəhənnəm yelləncəkləri”dir:
"Baxmut bölgəsində görülən "TOS-1A Solntsepyok" odsaçanı rus işğalçılarına qarşıya qoyulan vəzifəni həll etməkdə - mayın 9-dək şəhəri nəzarətə götürməkdə kömək etmir".
Ekspertin sözlərinə görə, bu gün cəbhədə hava şəraiti “xoş”dur:
"Bu, tezliklə müəyyən “kulminasiya”nın şahidi olacağımıza inam yaradır”.
Qeyd edək ki, ötən gün “Vaqner” muzdlu hərbi şirkətin rəhbəri Yevgeni Priqojin Ukraynanın Baxmutda böyük əks-hücuma başladığını bildirib.
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı