44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri İrəvanda hökumət binasının qarşısında aksiya keçiriblər.
BUTA.TV xəbər verir ki, aksiya iştirakçılarına müxalif siyasətçi Naira Zöhrabyan, Zarui Postancanyan və digər şəxslər qatılıblar.
Əllərində müharibə zamanı ölən erməni əsgərlərin şəkillərini tutan aksiyaçılar Baş nazir Nikol Paşinyanın dünən parlamentdəki çıxışına etiraz ediblər.
Aksiyaçılar Paşinyana etiraz olaraq yerə kəsilmiş donuz başları, Paşinyan və Anna Akopyanın şəkillərini atıblar. Hətta donuz başlarını da qan əlaməti olaraq qırmızı rənglə boyayıblar.
“Bu, onların ölkəmizdə tökdüyü qanlardır. Vətəni satan satqınlar mütləq “Erməni Nürnberqi” qarşısında dayanacaqlar”, - Zöhrabyan bildirib.
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı