Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Mən onun 25 il əvvəl söylədiyi sözləri xatırlayıram: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır”. Əminəm ki, həyatının mənasını ölkəsinə xidmət etməkdə görən belə vətənpərvər şəxsiyyəti əbədi olaraq xatırlayacaqlar.
Mənə nadir insan, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin banisi hörmətli Heydər Əlirza oğlunu şəxsən tanımaq nəsib olub. Ondan siyasi müdrikliyi, təmkinliliyi, əsl strateji düşünmə qabiliyyətini məmnunluqla öyrənmişəm.
Minsk ilə Bakı arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasının əsasını qoyan Sizin atanızın xatirəsini Belarusda əziz tuturlar. Rəmzi haldır ki, Azərbaycanda “Heydər Əliyev İli” elan edilmiş 2023–cü ildə biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini də ləyaqətlə qeyd edirik.
Sizə - atanızın işinin sədaqətli davamçısına və Zati-alinizin yaxınlarına cansağlığı, səadət, əmin-amanlıq, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır