2016-cı ildə fəaliyyəti dayandırılan ANS telekanalı barədə yeni iddialar yayılıb.
Hit.az-ın əldə etdiyi məlumata əsasən, telekanalın fəaliyyəti bərpa oluna bilər.
Bir müddət öncə anspress saytı və ANS ÇM radiosunun 7 il sonra yenidən fəaliyyətə başlaması gündəm olmuşdu. Onların ardınca isə ANS TV-nin də yaxın zamanlarda ekranlara qayıdacağı ehtimalları səsləndirilməyə başlanıb. Üstəlik, ötən ay verilən bir vakansiya diqqət mərkəzinə düşüb. Belə ki, vakansiyada fəaliyyəti bərpa olunan televiziya kanallarından biri aşağıdakı sahələr üzrə işçi axtardığını yazılıb. Maraq üçün qeyd edək ki, aparıcı, redaktor, müxbir, reportyor, prodüser, koordinator, operator, qrafist, montajçı, efir rejissoru, SMM əməkdaşları axtarıldığı bildirilib. Üstəlik, namizədlərdən televiziya təcrübəsinin olmasının mütləq olduğu vurğulanıb.
Bütün bunlar isə sözügedən kanalın ANS olduğu iddialarının yayılmasına səbəb olub. Çünki son illərdə sadəcə ANS və Lider telekanalları fəaliyyətini dayandırıb. Lideri televiziyasının binasının artıq başqa qurumlara verildiyini və texniki avadanlıqlarının isə başqa kanallara verildiyini nəzərə alsaq, bu ehtimalın real olmadığını görərik.
Media sektorunda dolaşan iddialara görə isə ANS TV artıq bütün hazırlıqlarını tamamlayıb. Üstəlik, kanalın bütün texniki avadanlıqlarını özündə saxladığı da bu ehtimalı gücləndirən amil olaraq ön plana çıxır. İddialara görə, ANS ilin sonuna doğru fəaliyyətə başlaması sürpriz olmayacaq. Konkret olaraq, payızda bunun baş verəcəyi önə sürülür.
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi