Bu gecə boyu sərhəd boyu atəşkəs pozulmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toqquşma ərazisində hazırda vəziyyət stabildir.
Qeyd edək ki, 10-11 may tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini atəşə tutmuşdular. Nəticədə bir əsgərimiz şəhid olub, bir əsgərimiz isə yaralanıb.
Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 əsgəri yaralanıb.
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi