Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən BUTA.TV-a verilən məlumata görə, keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Niel”, “Mega Palace", “Qızlar", “Qəbələ Xanlar”, “1955”, “Badi Səba”, “Şam bağı”, “Mirvari”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Xəzinə Palace” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.
Monitorinq və nəzarət tədbirləri davam etdirilir.
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi