Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqibi Kamal Kılıçdaroğlunun mayın 14-də keçiriləcək prezident seçkilərində qələbəsi Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması prosesini bir qədər çətinləşdirə bilər, çünki Ərdoğan Azərbaycanın arxasında möhkəm dayanır, Rusiya ilə yaxşı əlaqələrə malikdir və bölgəyə xüsusi əhəmiyyət verir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.
“Onun rəqibi Kılıçdaroğlu Azərbaycanı tarixi İpək Yolunun dirçəldilməsi layihəsində görmədi. Buna əsaslanaraq başa düşmək olar ki, belə bir siyasətçi daha çox ABŞ və Qərbi avropalı həmkarları ilə qarşılıqlı fəaliyyətə diqqət yetirmək niyyətindədir, onun üçün Cənubi Qafqaz, ölkəsinin və qardaş Azərbaycanın milli maraqlarının müdafiəsi məsələsi o qədər də önəmli olmayacaq. Eyni zamanda, Türkiyədə keçirilən prezident seçkilərinin nəticəsi nə olursa-olsun, bu, tarixi inkişaf vektorunu dəyişməyəcək, Azərbaycan onsuz da bütün torpaqlarına nəzarəti bərpa edəcək. Ərdoğanın seçkilərdə nə Azərbaycana, nə də Rusiyaya lazım olmayan məğlubiyyəti Cənubi Qafqazda sülh yolu ilə nizamlanmanın nəticəsini çətinləşdirə və gecikdirə və erməni separatçılarını arxayınlaşdıra bilər”, - Naumov bildirib.
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi