Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...
- Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi