Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanılıb.
Bu barədə BUTA.TV-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbinin direktoru Məmməd Məmmədovun qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan təhsil müəssisəsində 2017-2023-cü illər ərzində dərs, məşğələ saatlarının qeyri-ixtisas müəllimlərə həvalə olunması və əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanılıb.
İbtidai istintaq davam edir.
- “Тrendyol”da Novruz endirimləri başlayır
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...