Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.
BUTA.TV xəbər verir ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov mayın 12-də imzalayıb.
Qərarda qeyd olunur:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2023-ci il may ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:
1. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi
2. “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi
4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi
5. Cari məsələ
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar".
- “Тrendyol”da Novruz endirimləri başlayır
- Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı
- Azərbaycana 37 sm qar yağdı
- OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı
- 47 yaşlı kişi bıçaqlandı, qaynı saxlanıldı
- “Kontakt”dan telefon alıb 100 000 manat qazandılar
- Ötən həftə 239 yanğına çıxış olub, 46 nəfər...
- İrana zərbə və Xameneinin ölümü - Zirəddin nədə səhv etmişdi...