Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Türkiyədəki seçkilərin nəticələrini dəyərləndirib.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, siyasətçi seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın yox, CHP sədri Kamal Kılıçdaroğlunun qələbəsini gözlədiklərini etiraf edib.
Seçkilərin nəticələrini “məyusedici” adlandıran Rot qeyd edib: “Seçim azad oldu, amma ədalətli olmadı”.
Siyasətçi Prezident Ərdoğanın ikinci turda yenidən seçiləcəyi təqdirdə əlaqələrin gələcəyi ilə bağlı proqnozlarını bölüşüb: “Ərdoğan yenidən seçilərsə, bu, Türkiyə-Almaniya münasibətlərini çətinləşdirəcək”.
Rot bunun təkcə Almaniya ilə yox, Türkiyə-Avropa Birliyi əlaqələrinə təsir edəcəyini iddia edib:
“Hazırda üzünü Avropaya və dəyərlərimizə çevirəcək birinə ehtiyacımız var və o şəxs qətiyyən Ərdoğan deyil”.
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu
- İlqar Hacıyevə hökm oxundu
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- İran ABŞ hərbi gəmisini belə vurdu - Video
- Bakıda qanunsuz tikili söküldü - Video
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt