İran və Rusiya arasında Rəşt-Astana dəmir yolu hissəsinin tikintisinə dair saziş Rusiya Baş nazirinin müavini Aleksandr Novakın mayın 16-17-də Tehrana səfəri zamanı imzalanacaq.
BUTA.TV xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.
Onun sözlərinə görə, İrana səfəri zamanı Novakı Rusiyanın nəqliyyat naziri Vitali Savelyev, Mərkəzi Bankın sədr müavini və Gömrük Xidmətinin rəhbəri müşayiət edir:
“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin başa çatdırılması iki ölkənin prioritetlərindən biridir.
Rusiya, Azərbaycan və İranın daxil olduğu Şimal-Cənub Dəhlizinin qərb qolunun dəmir yolu baxımından Rəşt və Astara arasında 162 kilometrlik çatışmayan qovşağı var. Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatması ilə Sankt-Peterburqla Fars körfəzi arasında əlaqə yaranacaq”.
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu
- İlqar Hacıyevə hökm oxundu
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- İran ABŞ hərbi gəmisini belə vurdu - Video
- Bakıda qanunsuz tikili söküldü - Video
- Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt