Son sorğular Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqinin kəskin azaldığını təsdiqləyir.
BUTA.TV xəbər verir ki, bu məlumat “GALLUP İnternational Association” araşdırma şirkətinin Ermənistanda apardığı sorğunun nəticələrində əksini tapıb.
Rəyi soruşulanların 38.7 faizi Baş nazir Nikol Paşinyanın fəaliyyətini qəti bəyənmədiklərini bildiriblər. Nisbətən bəyənməyənlər isə 12.3 faizdir (Ümumilikdə 51%).
Paşinyanın fəaliyyətini tamamilə bəyənənlər 13.9%, qismən bəyənənlər 24.1% (ümumilikdə 38%) təşkil edib.
Sorğuda iştirak edənlərin 11 faizi cavab verməkdə çətinlik çəkib.
Sorğu 26-30 aprel tarixlərində bütün Ermənistan üzrə aparılıb.
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu