Hərbi Prokurorluğun Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən bəzi qəbildən olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, 2022-ci ilin 4 ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 %; Hərbi xidmətdən yayınma cinayətləri 57,8 %; Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9% və Qəsdən adam öldürmə cinayətləri 50 % azalıb.
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu