İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində pərakəndə yanacaq satışı ilə məşğul olan 24 yaşlı gənc SEPAH qüvvələrinin atəşi nəticəsində həyatını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Cəma Sərəfrazinin idarə etdiyi avtomobil SEPAH üzvlərinin atəş açması nəticəsində alovlanıb. Hadisə nəticəsində sürücü həyatını itirib.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni məzhəbli bəluclar iqtisadi göstəricilərə görə ölkədə ən son yerdə dayanırlar. Onların bir qismi gündəlik ehtiyaclarını təmin etmək üçün qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olur.
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu
- İlqar Hacıyevə hökm oxundu