Bəzi çatışmazlıqları aradan qaldırmaqla "Türkiyə Yüz ili"ni gücləndirərək, yola davam etmək istəyirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra mediaya ilk geniş açıqlamasında deyib.
“CHP kimi Rusiyaya meydan oxumaq niyyətində deyilik. Rusiya, Amerika, Çin və Qərblə dialoqda olduq. Bundan sonra da elə olacaq. Siz bir ölkəni kənara qoyarsınızsa, itirərsiniz”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, 14 may seçkilərindən öncə "Altılı masa"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu Rusiyanın seçkilərə müdaxilə etdiyi iddiası ilə Moskvaya sərt xəbərdarlıq etmişdi.
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu
- İlqar Hacıyevə hökm oxundu