Bu gün Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi QPS qolu” qaz kəmərində siyirtmənin quraşdırılması ilə bağlı mayın 17-də saat 10:00-dan təmir işləri başa çatanadək “Ağcabədi” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü
- İlqar Hacıyevin əmlaklarına həbs qoyuldu