Nə zəlzələ, nə inflyasiya, nə də tənəzzül, heç nə Ərdoğana qalib gələ bilməz.
BUTA.TV xəbər verir ki, bu fikirlər Fransanın “Lö Fiqaro” nəşrinin Türkiyədəki seçkilərlərlə bağlı məqaləsində qeyd olunub.
“90%-dən çox seçici fəallığı ilə türklər seçkiyə olan dərin bağlılıqlarını bir daha nümayiş etdirdilər. Prezident Ərdoğanın məğlubiyyəti olacağını proqnozlaşdırırdıq. Amma bu ilk turun sonunda o, qeyri-adi populyarlığını göstərdi. İctimaiyyətin bir müddət hökumətin üzərinə qoyduğu bütün tənqidlər və öhdəliklər hakimiyyətin reytinqinə xələl gətirmədi. Zəlzələdən birbaşa təsirlənən vilayətlərdə belə Ərdoğan və komandasına dəstək çox açıq şəkildə ifadə edildi. Ərdoğan seçkinin ilk turundan zəfərə yaxınlaşdı”, - məlumatda qeyd edilib.
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü