Biləsuvar rayon sakini itkin düşüb.
BUTA.TV-ın məlumatına görə, bu barədə Report-a onun yaxınları məlumat veriblər.
Belə ki, Biləsuvar şəhəri, Salatın Əsgərova küçəsinin sakini, 1997-ci il təvəllüdlü Hüseynzadə Günel Şaiq qızı mayın 12-də tarixdə axşam saatlarında yaşadığı ünvandan naməlum istiqamətdə çıxaraq geri qayıtmayıb.
Onun boyu 1.65 santimetr, gözləri qəhvəyi, qara saçlı, orta bədən quruluşludur. Evdən çıxarkən əynində göy cins şalvar, bənövşəyi kofta, qara idman ayaqqabısı, qara hicab olub.
Onu görənlərdən DİN-nin 102 xidmətinə və 050 491 55 84 nömrəsinə zəng vurub məlumat vermələri xahiş olunur.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, G.Hüseynzadənin iki övladı var.
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto
- Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib
- Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü