Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xətti 2027-ci ildə tikiləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya baş nazirini müavini Andrey Belusov deyib.
“Müqaviləyə əsasən, tikinti 4 il çəkməlidir. Artıq layihələndirmə və geoloji kəşfiyyat işləri aparılır. Biz planlaşdırırıq ki, 2027-ci ilin III rübündə və ya 2027-ci ilin sonuna qədər bütün işlər tam başa çatdırılmalıdır”.
Belousov bildirib ki, bu marşrutun tətbiqi üçün çox fəal iş gedir.
“Hər şey yaxşı gedir və biz 2030-cu ilə qədər bu istiqamətdə daşımaların həcminin 10 milyon tona çatacağına inanırıq”, - deyə rəsmi bildirib.
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - Video
- Bu gün Od çərşənbəsidir
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto