Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.
BUTA.TV xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna diversiya-kəşfiyyat qrupunun sərhədyanı Qrayvoronsk dairəsinə daxil olması ilə əlaqədar antiterror rejimi elan edib.
Hazırda üç yerli sakinin yaralandığı məlumdur. Bundan başqa, Belqorod vilayət administrasiyasının binasına, bir neçə evə mərmi zərbəsi dəyib.
Yerli mətbuat Kozinka və Qlotovo yaşayış məntəqələrində atışma getməsi barədə xəbərlər yayır. Bu yaşayış məntəqələrində işıq və su kəsilib, sakinlər zirzəmilərdə gizlənib. İntensiv atışma səbəbindən dinc əhalini təxliyə etmək mümkün deyil.
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - Video
- Bu gün Od çərşənbəsidir
- Bakıda bu "Mall" bağlanır
- Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...
- Qarabağda işlə təmin olunanların sayı açıqlandı
- "Expressbank" – Yeni ünvanda
- Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
- FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto