Özünü demokratiyanın atası elan edən Paşinyan komandası daxilində “37-lik” ab-havasını yaradıb. O, partiya yoldaşlarına göstərişlər verir, kimin nə deyəcəyini özü müəyyənləşdirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Mülki müqavilə” partiyasının iclasında deputatlara ciddi tapşırıqlar verilib ki, jurnalistlərdən mümkün qədər çəkinsinlər: birincisi, Aşot Paşinyanın oğurlanması barədə sussunlar, ikincisi, Paşinyanın mətbuat konfransında səsləndirdiyi bəyanatlar, xüsusən də Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması məsələsini şərh etməsinlər. Bu münasibətlə deputatlara yalnız rəhbərlərinin fikirlərini bölüşdüklərini söyləmək tapşırılıb.
Dünən ilk olaraq Ermənistan parlamentinin spikeri Simonyan dərsini yaxşı öyrəndiyini nümayiş etdirib. Bəzi müxalifət deputatları tribunadan Paşinyanın bəyanatlarını pisləyəndə və Qarabağla bağlı təcili müzakirəyə başlamağı tələb etdikdə, o, Baş nazirin bəyanatlarını tamamilə bölüşdüyünü deyib, daha sonra isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib”, - xəbərdə qeyd edib.
- Dövlət Mühafizə Xidmətinin binası ilə bağlı qərar
- Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Musayevin bıçaqlanması: Federasiya rəsmiləri azadlığa çıxdı
- FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Tiktokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu
- Üçüncü yerüstü metro stansiyası nə vaxt istifadəyə veriləcək?
- Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşənin vəsiyyəti - VİDEO
- Bu gün Od çərşənbəsidir