İranda terror aktı hazırlayan iki nəfər öldürüldü

17:14 - 24 May 2023 - GÜNDƏM

 İranda terror aktı hazırlayan iki nəfər öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi Sistan-Bəlucistan əyalətində terror aktı hazırlayan iki nəfəri məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Ölkənin cənub-şərqində terror aktları törətmək niyyətində olan silahlı qrup SEPAH-ın “Qüds” bazasının kəşfiyyat və əməliyyat bölmələri tərəfindən müəyyən edilərək zərərsizləşdirilib”, - məlumatda deyilib.

Məlumata görə, əməliyyat nəticəsində daha bir nəfər həbs edilib. Çoxlu sayda silah və sursat isə ələ keçirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda bu "Mall" bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol