Bərdədə sürücü polisin əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "QAZ-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.
Araşdırmalar davam etdirilir.
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”, - məlumatda qeyd olunub.
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı
- Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto
- Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir
- Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
- Hərbçilərimiz qəzaya düşdü: ölən var
- BYD vurdu, 51 yaşlı velosipedçi öldü - Anbaan video
- Rus ordusunda döyüşən azərbaycanlı itkin düşdü - Foto