Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun baş katibi postuna keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Ritzaus Bureau” agentliyi məlumat yayıb.
"Güman edirəm ki, biz Vilnüs (NATO sammitinin keçiriləcəyi şəhər –red.) məsələsini müzakirə edəcəyik. Danimarkanın baş naziri kimi başqa iş üçün iddia etmirəm", - deyə Frederiksen iyulun 5-də ABŞ-a planlaşdırılan səfəri və Co Baydenlə görüşü barədə bildirib.
Qeyd edək ki, “Politiko” nəşri bu ilin sentyabrında vəzifə səlahiyyəti bitən Stoltenberqin yerinə Danimarka baş nazirinin gələcəyini iddia etmişdi.
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı
- Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto
- Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir
- Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
- Hərbçilərimiz qəzaya düşdü: ölən var
- BYD vurdu, 51 yaşlı velosipedçi öldü - Anbaan video
- Rus ordusunda döyüşən azərbaycanlı itkin düşdü - Foto