Azərbaycan kino sənayesinə dövlətin çox ciddi dəstəyi lazımdır. Ancaq bizdə bu sahəyə ayrılan büdcəylə film çəkmək qeyri-mümkündür.
Bu sözləri Kult.az-a açıqlamasında azərbaycanlı kinorejissor, ssenarist Elşən Zeynallı erməni rejissorların “Neftliks”də uğurları haqda danışarkən deyib.
“Netfliks”ə film çəkilməsi üçün bu işi görən şəxslər olmalıdır və rejissorlara müraciətlər edilməlidir. Ancaq yetərincə büdcəmiz olmadığından rejissor qərarı növbəti məsələdir. Bunun üçün prodüserlər və kino sənayesində çalışan formalaşmış şəxslər olmalıdır. Bu gün yetərincə iddialı layihələr olsa da, şərait və maddi imkanlar yoxdur. Maliyyəni verə biləcək şirkətlərimiz çoxdur. Amma bu şirkətlər maliyyə ayrılması üçün maraq göstərmir. Bunun üçün də ümidimiz ancaq dövlətimizədir. Ancaq mən inanmıram ki, biz o maliyyəni tapaq və “Netfliks” üçün film çəkək”, - o bildirib.
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı
- Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto
- Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir
- Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
- Hərbçilərimiz qəzaya düşdü: ölən var
- BYD vurdu, 51 yaşlı velosipedçi öldü - Anbaan video