Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etdikdən sonra sülh sazişinin imzalanması ehtimalı artıb. Ancaq bu saziş Moskvada imzalanmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 25 mayda Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin gözlənilən üçtərəfli görüşü barədə qeyd edib.
O bildirib ki, Əliyev və Paşinyan yaxın aylarla müxtəlif şəhərlərdə görüşərək müzakirələri davam etdirəcəklər:
“Sülh sazişinin hansı ölkədə imzalanacağıyla bağlı Moskva ilə Vaşinqton və Brüssel arasında rəqabət güclənəcək. Ən optimal variant kimi sülh sazişinin Cənubi Qafqazın üçüncü ölkəsinin paytaxtı Tiflisdə imzalanması faydalı olardı və buna bir-biri ilə rəqabət aparan böyük oyunçular da etiraz etməz”.
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı
- Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto
- Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir
- Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
- Hərbçilərimiz qəzaya düşdü: ölən var
- BYD vurdu, 51 yaşlı velosipedçi öldü - Anbaan video