Bu gün Moskvada Prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və erməni baş nazir Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair sənədə imza atacağını yazır.
“Rəsmi mənbələrdən əldə edilən məlumatlara görə, tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına dair protokola imza ata bilərlər. Əslində bu sənədin artıq imzalandığı haqda da fikirlər var, sadəcə olaraq, sənədin ictimaiyyətə açıqlanması üçün doğru məkan seçmək qalır. Hazırda Moskvada üçtərəfli görüşə hazırlıq gedir və gözləniləndir ki, günün sonuna yaxın imzalanma prosesi baş versin”, - “Hraparak” nəşri yazır.
Qeyd edək ki, Nikol Paşinyan “Qarabağ Azərbaycandır” bəyanatını verib. Moskvada mümkün sənədin imzalanması Nikolun “Qarabağ Azərbaycandır” bəyanatının rəsmiləşdirilməsi demək olacaq.
- İlin ilk Ay tutulması başladı
- Şamaxıda zəlzələ: evlərə ziyan dəyib, dağıntılar var - Foto
- Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir
- Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilir.
- Hərbçilərimiz qəzaya düşdü: ölən var
- BYD vurdu, 51 yaşlı velosipedçi öldü - Anbaan video
- Rus ordusunda döyüşən azərbaycanlı itkin düşdü - Foto
- Dövlət Mühafizə Xidmətinin binası ilə bağlı qərar