Fransanın ultrasağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen Rusiya Prezidenti Vladimir Putinin ona siyasi təsir ittihamlarını rədd edib.
BUTA.TV xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Mən heç vaxt mənə təsir etmək cəhdinin qurbanı olmamışam”, - o bildirib.
Partiyasının 2014-cü ildə Birinci Çex-Rusiya Bankından aldığı 9,4 milyon avro krediti şərh edən Le Pen bu pulu heç bir siyasi öhdəlik götürmədən aldığını bildirib:
“Mən öhdəlik götürməli olsaydım, imzalamazdım. O zaman Fransa bankları partiyamla iş görmək istəmədi və mən xaricdən maliyyə axtarmağa məcbur oldum. Mən Vladimir Putindən yox, bankdan kredit götürmüşəm”.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı