Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələrin alman dilinə olan marağından danışıb. Bildirib ki, tələbələr alman dilini, Almaniyanın tarixi və mədəniyyətini böyük həvəslə öyrənirlər.
Qeyd olunub ki, alman tarixi, mədəniyyəti, təhsili və elmi hər zaman diqqət mərkəzində olub və bu gün də tələbələrin diqqətini özünə çəkir. Məhz bu baxımdan ADU-da alman dilinə və mədəniyyətinə maraq bu qədər yüksəkdir.
“Mənə elə gəlir ki, bütün Azərbaycanda olduğu kimi, universitetimizin müəllimləri və tələbələrində də Almaniyaya böyük bir məhəbbət var. Universitetimizə alman səfirlərin gəlişi ilk dəfə deyil, bundan öncə də olub və düşünürəm ki, bu səfərlər əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərib.
Universitetimizdə alman dilini öyrənən tələbələr tədbirlərdə aktiv şəkildə iştirak edirlər. Bu yaxınlarda alman dilini öyrənən tələbələrimiz Ulu öndər Heydər Əliyevin təhsillə bağlı, mədəniyyətlə bağlı, ümumən dünya ölkələri ilə bağlı dediyi fikirləri alman dilinə tərcümə ediblər və bu tərcümə kitab şəklində çap olunub. İnanıram ki, bundan sonra da əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək və əməkdaşlığımız daha da möhkəmlənəcək”.
Səfir Ralf Horlemann səmimi qarşılanmaya və xoş sözlərə görə ADU rəhbərliyinə və kollektivinə öz minnətdarlığını bildirib. Qeyd olunub ki, alman dilini tətdiq etmək istəyən tələbələr və mütəxəssislər üçün hər zaman şərait yaradılır və bu istiqamətdə mühüm işlər görülməkdədir.
Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra Ralf Horlemann "Səfir saatı" layihəsi çərçivəsində tələbələrlə görüşüb.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı