İranla Taliban hökuməti arasında mövcud olan gərginlik Hirmənd çayından İrana su buraxılmaması iddialarından sonra daha da şiddətlənib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Əfqanıstan mediası məlumat yayıb.
Əfqanistan xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas İstankəzi məsələ ilə bağlı açıqlamasında İran tərəfinin Hirmənd çayı üzərində qurulan Kəcəki bəndində su olub-olmadığı barədə yoxlama aparmaq təklifini rədd edib.
“Bəndlər strateji obyekt sayılır və heç bir halda iranlı mütəxəssislərin Kəcəki bəndinə baş çəkməsinə icazə verilməyəcək”, - nazir müavini bildirib.
Qeyd edək ki, mayın 18-də İran Prezidenti İbrahim Rəisi Taliban hökumətinin bu ölkədəki Hirmənd çayının axınını dəyişdiyini iddia edib. İranın XİN başçısı da oxşar bəyanatla çıxış edərək, Əfqanıstana qarşı təzyiq vasitələrindən istifadəyə olunacağını bildirib.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı