Gürcüstan Daxili İşlər Nazirliyi İran vətəndaşının xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması ittihamı ilə saxlanılması barədə məlumat yayıb.
BUTA.TV xəbər verir ki, Gürcüstan hüquq-mühafizə orqanları Poti limanında 80 kq-a qədər heroin müsadirə ediblər.
“Narkotiklər yük maşınında aşkar edilib. Təqsirləndirilən şəxs İran vətəndaşıdır. O, Gürcüstana heroini Ermənistandan keçirib və Avropaya aparırmış. O, bunu Gürcüstanın dəniz limanlarından biri vasitəsilə həyata keçirməyə cəhd edib, həmin vaxt saxlanılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, saxlanılan şəxsi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı