Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində yerləşən orta məktəblərin birində şagirdin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı yayılan iddialara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev qeyd olunan məlumatın ərazi polis orqanı əməkdaşları tərəfindən tam və hərtərəfli araşdırıldığını bildirib.
“İddialar öz təsdiqini tapmayıb. Əlavə olaraq qeyd edim ki, bu iddialar qərəzlidir, haradan və kimdən qaynaqlandığı müəyyən edilib", - DİN rəsmisi vurğulayıb.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı