İran Prezidenti İbrahim Rəisinin İndoneziyanın 12 xəstəxanasına tibbi ləvazimatlar və texnologiya vasitələri göndəriləcəyi ilə bağlı bəyanatı etirazlara səbəb olub.
BUTA.TV xəbər verir ki, iranlı tibb işçiləri acınacaqlı durumda olan İran xəstəxanalarından paylaşımlar edərək Rəisini daxili xəstəxanalara da diqqət ayırmağı tələb ediblər.
Onlar paytaxt Tehrandakı "Rəsul Əkrəm", "İmam Xomeyni", “Lolagər”, “Torfə”, “Sina”, “Şühədayi Yaftabad”, “Buəli”, “Fəyyazbəxş” və başqa xəstəxanaların ibtidai tibbi imkanlardan məhrum olduğunu bildiriblər.
Qeyd edək ki, İran xəstəxanalarının köhnəlməsi ilə yanaşı, son illərdə tibb işçilərinin, xüsusən də tibb bacılarının maaşlarının ödənilməməsi səhiyyə işçilərinin region ölkələrinə genişmiqyaslı miqrasiyasına səbəb olub.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı