Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir.
BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.
İclasda qonaq qismində iştirak edən dövlətimizin başçısı çıxışında bildirib:
“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”.
Dövlətimizin başçısı, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı