Qax rayonunda çayxanada ölüm hadisəsi baş verib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə şəhər ərazisindəki çayxanalardan birində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1977-ci il təvəllüdlü İlham Adil oğlu Nəzərovun çayxanada çay içən zaman qəfildən halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının briqadası çağrılıb.
Amma o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, İlham Nəzərov Qax Uşaq İncəsənət məktəbində müəllim kimi çalışırdı.
Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
- AMB-dən "AniPay"lə bağlı mühüm qərar
- İran yeni zərbələrə başladı: İsraildə həyəcan siqnalı
- Sərhədimizi pozan 16 nəfər saxlanıldı
- Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
- Sabah hava necə olacaq?
- Elektron siqaret çəkənlər cərimələnəcək - Son oxunuş
- "Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
- İlin ilk Ay tutulması başladı